"Karvan-Yevlax"ın yarımmüdafiəçisi Vadim Abdullayev Premyer Liqanın 18-ci turunda "Sumqayıt"a məğlubiyyətdən (0:2) sonra Sportinfo.az-a açıqlama verib.
Təcrübəli oyunçu çox çətin durumda olduqlarını etiraf edib:
"Nə danışacağımı bilmirəm. Ardıcıl məğlubiyyətlər alırıq. Karyeramda ilk dəfədir belə şeylər yaşayıram.
Çətinlik çəkirəm. Çox istəyirik nəsə dəyişək. Amma kollektiv oyundur, gərək hamı saat kimi çalışsın.
Bəlli bir səhvlərdi. Uşaq səhvləri edirik. Hər oyun rəqiblər qapımız qarşısında əziyyət çəkmədən epizodlar yaradırlar.
Düşünürəm ki, keyfiyyət aşağıdır. Nəsə danışmaq mənə də çətindir".
Təcrübəli orta sahə oyunçusu hələ də elitada qalacaqlarına ümidini itirmədiyini bildirib:
"Hələ də liqada qalmaq şanslarımız var. Sadəcə bunu əməldə etmək, toparlanmaq, işləmək lazımdır.
Çox pis yerdəyik. Başqa yolumuz yoxdur. Sona qədər mübarizə aparmalıyıq".
XANOĞLAN

