"Sabah" Zirədə 3 xal aldı, "Şamaxı" Yevlaxda "Kəpəz"i üstələdi

31 Yanvar 18:57 Premyerliqa 993
"Sabah" Zirədə 3 xal aldı, "Şamaxı" Yevlaxda "Kəpəz"i üstələdi

Misli Premyer Liqasında 18-ci turun görüşləri davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.

Günün ilk qarşılaşmasında “Kəpəz” Yevlaxda “Şamaxı”nı sınağa çəkib. Oyunda "Şamaxı" 2:0 hesabı ilə üstün olub.

"Şamaxı" qələbə sayəsində xallarının sayını 23-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. Gəncə klubu isə 12 xalla 11-cidir. Bu komandaların ilk dövrədəki oyununda Azər Bağırovun komandası Şamaxıdan 4:1 hesablı qələbə ilə qayıdıb.

Günün ikinci matçında “Zirə” öz meydanında “Sabah”la qarşılaşıb. Matç "Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra "Sabah" xallarını 43-ə çatdıraraq liderliyini möhkəmlədib. Rəşad Sadıqovun komandası isə 29 xalla 5-ci pillədə qərarlaşıb.

Masazır təmsilçisi son 6 turda xal itirmədiyi halda, “Zirə” ardıcıl 4 görüşdür qələbəyə həsrətdir.

Bu komandaların ilk dövrədəki görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Kəpəz" – "Şamaxı" 0:2

Qollar: Arsen Ağcabəyov 12, Kərim Rossi 45+1

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu, 14:30

"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 8. Veysəl Rzayev 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 80. Şahnur İsmayılov 9. Luis Paçu
Baş məşqçi: Azər Bağırov

"Şamax"ı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

"Zirə" – "Sabah" 0:3

Qollar: Velko Simiç 10, İvan Lepiniça 22, Xəyal Əliyev 27
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Rəhman İmami
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 17:00

"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 31. Eldar Tərlanov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

"Sabah": 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti