AFFA Premyer Liqa klublarını üzəcək YENİ QƏRARa hazırlıq görür

19:20 Premyerliqa 265
AFFA Premyer Liqa klublarını üzəcək YENİ QƏRARa hazırlıq görür

AFFA yeni mövsümdən klublar qarşısında tələblərini sərtləşdirəcək.

Bu barədə federasiyadan məlumat əldə etmişik.

Bildiyiniz kimi, artıq dördüncü mövsümdür elita təmsilçilərinə dövlət dotasiyası ayrılır.

Əvvəlki üç sezonda 3 milyon olan yardım paketi bu mövsümdən 2.5 milyon manata endirilib.

Bu rəqəmin 500 min manatının akademiyalara xərclənməsi məcburi idi.

Yeni mövsümdən bu şərt yerində qalmaqla, yeni tələb qüvvəyə minəcək.

Belə ki, əlavə olaraq 250 min manatın infrastruktura xərclənməsi klublar qarşısında şərt olaraq irəli sürüləcək.

Yeni qərar qüvvəyə minəndən sonra əsas komandaya dövlət dotasiyasının 1 milyon 750 min manatı xərclənə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”