Legioner limitinin ləğvindən sonra Premyer Liqa klublarına kütləvi şəkildə əcnəbi axını yaşandı.
Arasında keyfiyyəti aşağı olanlar nə qədər desən.
Amma yaxşı mənada önə çıxanlar da az deyil.
Məsələn, "İmişli"nin hücumçusu Dioqo Almeyda kimi.
25 yaşlı portuqaliyalı arxada qalan 19 turda aktivinə 7 qol yazdıra bilib.
Debütantın heyətində çıxış etməklə belə nəticə əldə etmək hardan baxsaq xoş sözləri haqq edir.
Amma Almeyda yerində qalmaq fikrində deyil. "9 nömrə" məqsədinin bombardirlər cədvəlində lider olmaq olduğunu bildirib.
Hətta bu yolda güclü klublarda çıxış edən Smakala və Coy-Lens Mikels kimi adlarla da rəqabər aparmağa özünü hazır hiss etdiyini sözlərinə əlavə edib:
Əlbəttə, bombardir olmaq kimi bir məqsədim var. Düzdü, Smakala və Coy-Lens Mikels kimi hücumçular daha güclü komandalarda çıxış edirlər.
Amma bizim işimiz davam etməkdir. Qol vurmaq əsas hədəfimdir. Və bu qollarla "İmişli"yə daha çox xallar qazandırmaq istəyirəm".
XANOĞLAN / SPORTİNFO.AZ

