Şikayət etdi: "Bəzən zədə almamaq üçün ehtiyatlı oynamalı oluram"

17:00 Premyerliqa 120
Şikayət etdi: "Bəzən zədə almamaq üçün ehtiyatlı oynamalı oluram"

"İmişli"nin hücumçusu Dioqo Almeyda Premyer Liqanın 17-ci turunda "Araz-Naxçıvan"la bərabərlik bitən matçdan (2:2) sonra Sportinfo.az-a müsahibə verib.

- Oyun necə keçdi?

- Çətin bir rəqibə qarşı çətin bir meydanda mübarizə apardıq. Oyundan razı qaldım. Qollar standart vəziyyətlərdən sonra vuruldu. Əsas diqqətlər növbəti oyunadır. Məqsədimiz qələbə qazanmaq olacaq.

- İki dəfə hesabda önə çıxdığınız halda üstünlüyü qorumaq mümkün olmadı. Qələbə qazanmağa nə mane oldu?

- Bu da futbolun bir hissəsidir. Hər iki qol uğursuz toxunuş sonrası rəqibə düşdü. Şans bizim tərəfimizdə olmadı.

- Texniki futbolu sevən birinə belə meydançda 90 dəqiqə top qovmaq nə deməkdir?

- Hər kəs bilir ki, bu cür meydançada oynamaq çətindir. Həm də zədə almaq riski böyükdür. Bəzən zədə almamaq üçün ehtiyatlı olmaq lazım gəlir.

- İlk gündən oyunun ilə diqqətləri üzərinə çəkə bilmisən. Qış fasiləsində təkliflər oldu?

- Mənim "İmişli" komandası ilə növbəti mövsüm üçün də qüvvədə olan müqaviləm var. Təkliflərə çox da diqqət etmirəm. Əsas fikrim "İmişli"nin uğurlarına yönəlib.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti