"Sabah" və "Turan Tovuz" 2026-cı ilə qələbə ilə başladı - YENİLƏNİB

25 Yanvar 20:26 Premyerliqa 1 062
"Sabah" və "Turan Tovuz" 2026-cı ilə qələbə ilə başladı - YENİLƏNİB

Premyer Liqanın XVII turunda bu gün lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, "bayquşlar" sözügedən matçda qələbə qazanmaqla ötən gün məğlub olan ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldə bilər.

Cari mövsüm ilk və sonuncu qələbəsini II turda əldə edən Yevlax təmsilçisi isə möcüzə axtarışında olacaq.

Bu qarşılaşma "Bank Respublika Arena"da, saat 18:30-da start götürəcək.

Günün digər oyununda turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaq.

Belə ki, "Turan Tovuz" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək.

Tovuz kollektivinin öz stadionu yenidən təmirə bağlandığından Kurban Berdıyevin rəhbərlik etdiyi komanda bu görüşə ev sahibi qismində çıxacaq.

Hər iki klub 27 xala malikdir. Rəqibindən bir oyun az keçirən "Turan Tovuz" dördüncü, "Sumqayıt" isə beşincidir.

Turnir cədvəlinə 37 xalla "Sabah" başçılıq edir. 6 xalı olan "Karvan-Yevlax" sonuncu - on ikinci pillədə yer alıb.

Turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" "Qarabağ"ı (2:0) məğlub edib.

16:00. Turan Tovuz – Sumqayıt 2:1

Qollar: Hayderson Hurtado, 13, Rəhim Sadıxov, 68 - Hayderson Hurtado, 61-avtoqol

Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 2. Abdulla Rzayev73. Ülvü Mədətov 14. Murad Dadaşev 3. Enrike Silva 90. Joarlem Santos 19. Roberto Olabe 8. David Tavareş

Baş məşqçi: Kurban Berdiyev

Sumqayıt”: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 8. Səbuhi Abdullazadə (k )19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 80. Keffel Resende 95. Nsana Simon 25. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 56. Aftandil Arixov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 24. Sənan Muradlı 64. Kənan Feyziyev 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 71. Masaki Murata 11. Aleksa Yankoviç

Məşqçi: Veliçko Kaplanoviç

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:30. Sabah – Karvan-Yevlax 4:1

Qollar: Maluda 9, 22, Raxmonaliyev 32, Simiç 84 - Olavale Doyeni 83

“Sabah”: 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev 9. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 53. Andrey Santos 83. Stefen Ende

Baş məşqçi: Valdas Dambrauskas

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 17. Samir Abdullayev 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kinqs 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 77. Əli Abdullayev 16. Rauf Rüstəmli 10. Samuel Durrant

Baş məşqçi: Fizuli Məmmədov

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti