Kosmetik dəyişiklər bu klubun dadına çatacaqmı? - Uçurumun kənarına gəldilər

17:45 Premyerliqa 196
Kosmetik dəyişiklər bu klubun dadına çatacaqmı? - Uçurumun kənarına gəldilər

Azərbaycan Premyer Liqasında 2025/26-cı il mövsümünün 16 turu əhatə edən birinci yarı arxada qaldı.

"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.

Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.

İki debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?

Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.

"Karvan-Yevlax"la mövzunu bitiririk...

15 illik həsrət başa çatdı...

Bəli, məhz bu qədər uzun zaman kəsiyindən sonra yevlaxlılar elitaya qayıda bildi.

Əminəm ki, bu gün yerli azarkeşlərin bir çox "kaş qayıtmaz olaydıq" deyir.

Komanda bir üst liqaya çıxıb, amma yanaşma olduğu kimi qalır.

Meydandakı nəticə baxımından start pis alınmamışdı - 2 oyun, 4 xal.

Nə oldusa, elə məhz bundan sonra oldu. Ardıcıl 10 turda cəmi bir bərabərlik əldə etmək mümkün oldu. Özü də "Neftçi" ilə səfərdə.

Uzun aradan sonra doğma rayona qayıdış da çıxış yolu olmadı. Çarəni baş məşqçini gedişində gördülər.

2026-cı ilin əvvəlinə qədər sənədlərdə baş məşqçi kimi təqdim olunan Azər Həşimovla hələ iki ay əvvəl - 12-ci turda yolları ayrılmışdı.

Yeni baş məşqçi Füzuli Məmmədov vəziyyətə ciddi təsir göstərə bilmədi.

Onun rəhbərliyi altında kollektiv meydana çıxdığı 4 görüşdə aktivinə vur-tut 1 xal yazdıra bildi.

Həşimovun dövründən qalan 5 xalla bərabər cəmi 6 xalı olan aran təmsilçisi turnir cədvəlinin sonuncu sırasında yer alır.

Qış fasiləsində 3 legioner olmaqla 4 futbolçu - Səid İmranxan, Nika Çaçaşvili, Qabil Əlizadə, Vitor Hugo ilə yolların ayıran "Karvan" əvəzində yalnız yerli oyunçular Rauf Rüstəmli, Samir Abdullaye və Emin Rüstəmovla gücləndi.

Kasmetik dəyişiklik klubu Birinci Liqanın astanasından xilas edə biləcəkmi?

Cavab vermək çox çətindir. Amma qarşıdakı 2-3 turda ilk ciddi siqnallar gələcək - "Karvan Yevlax" elitada qala bilər, yoxsa gedəcək deyə...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti