“Neftçi” və “Araz” 2026-cı ilə 1 xalla başladı

23 Yanvar 20:51 Premyerliqa 1 091
“Neftçi” və “Araz” 2026-cı ilə 1 xalla başladı

Premyer Liqada 17-ci tur start götürüb.

Sportinfo.az xəbər verir ki, nəticədə çempionatdakı 32 günlük fasilə başa çatıb.

Turun 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. İlin ilk qarşılaşması "İmişli" ilə "Araz-Naxçıvan" arasında olub. Quba Olimpiya İdman Kompleksində keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb.

Bu komandalar arasında 1-ci dövrənin oyunu Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Günün 2-ci matçı isə “Palms Sports Arena”da oynanılıb. Burada "Neftçi" "Zirə"ni qəbul edib. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Nəticədə "Neftçi" xallarının sayını 21-ə çatdırıb və 7-ci yerə yüksəlib. 3-cü sıradakı "Zirə"nin isə (29 xal) mövqeyi dəyişməyib.

Tura yanvarın 25-də yekun vurulacaq.

14:30. "İmişli" – "Araz-Naxçıvan" 2:2

Qollar: Luis Lisvestr, 5, Dieqo Almeyd, 84 - Şarl Boli, 14, Ramon Maçado, 90

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Quba Olimpiya İdman Kompleksinin stadionu

İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular:1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç

Baş məşqçi: Jorj Kaşkilya

Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli

Ehtiyat oyunçular: 12. Kristian Avram 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 19. Bar Kohen

Baş məşqçi: Andrey Demçenko

19:00. "Neftçi" – "Zirə" 0:0
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Palms Sports Arena”

"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 27. Kristian Kostin, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala.
Baş məşqçi: Yuri Vernidub.

"Zirə": 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvil, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 9. Davit Volkov, 30. Rikardo Martins, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti