“Neftçi” özünə gəldi, “Qəbələ” “Qarabağ”a aman vermədi – Qış çempionatı

20:40 Premyerliqa 587
“Neftçi” özünə gəldi, “Qəbələ” “Qarabağ”a aman vermədi – Qış çempionatı

Qış təlim-məşq toplanışında Premyer Liqa təmsilçilərinin coğrafiyası genişlənmişdi.

Dörd tərəfdə hazırlıq keçən komandaların bir neçəsi paytaxta sığınmışdısa, bir neçəsi bölgədə məskunlaşmağa məcbur idi.

İmkanı yaxşı olanlar Türkiyənin yolunu tutmuşdu, “Neftçi” isə Birləşmiş Ərəb Əmirliklərinə yollanmışdı.

Baş məşqçilərin qarşısında duran əsas məqsəd və istək yoxlama görüşlərinin keçirilməsiydi. Məhz bu oyunlarda əyri-əskikləri görmək şansı çoxalırdı. Digər vacib məqam komandaların oyun təcrübəsi ilə bağlı çətinliyi aradan qaldırması idi.

12 komandanın hamısı sınaq oyunlarında qüvvəsini sınadı. “Turan Tovuz” 1, digərləri 2-3 görüşlə kifayətlənmək məcburiyyətində qaldı.

Oyunları və qeydə alınan nəticələri təqdim edirik.

"Qarabağ"

Qarabağ – “Neftçi” (Özbəkistan) - 5:0

Qarabağ – Osiyek (Xorvatiya) - 3:1

Qarabağ – Zaqlebie Lubin (Polşa) - 3:1

"Sabah"

Sabah – Şamaxı - 2:0

Sabah – Mingəçevir - 9:1

"Zirə"

Zirə - Çiksereda (Rumıniya) - 3:3

Zirə - Aleksandriya (Ukrayna) - 2:3

Zirə - Bohemians 1905 (Çexiya) - 1:3

Turan Tovuz – Poqon (Polşa) - 2:3

"Sumqayıt"

Sumqayıt – Pakş (Macarıstan) - 1:5

Sumqayıt – OFK Belqrad (Serbiya) - 1:4

Sumqayıt – Osiyek (Xorvatiya) - 0:2

"Araz-Naxçıvan"

Araz-Naxçıvan – Araz-Naxçıvan-2 – 7:0

Araz-Naxçıvan – Qəbələ - 0:1

Araz-Naxçıvan – Zaqatala – 4:0

"Şamaxı"

Şamaxı – Sabah - 0:2

Şamaxı – Azərbaycan U-21 – 1:0

"Neftçi"

Neftçi – Kayrat (Qazaxıstan) - 3:0

Neftçi – Piramids (Misir) – 1:1

Neftçi – Çenqdu Ronqçenq (Çin) – 3:1

"İmişli"

İmişli – Şimal - 5:0

İmisli – Şəfa - 0:1

"Kəpəz"

Kəpəz – Qəbələ - 1:3

Kəpəz – Karvan-Yevlax – 0:0

"Qəbələ"

Qəbələ - Kəpəz – 3:1

Qəbələ - Araz-Naxçıvan – 1:0

Qəbələ - Baku Sportinq – 7:1

"Karvan-Yevlax"

Karvan-Yevlax – Kəpəz – 0:0

12 komandanın ifasında ümumilikdə 24 oyun baş tutub. “Turan Tovuz”la “Karvan-Yevlax”ın hərəsi üçün cəmi 1 yoxlama matçı reallaşdığı halda, 6 komanda 3 oyunda qüvvəsini sınayıb.

Qış toplanışını xəyali çempionat kimi nəzərə alsaq, simvolik turnir cədvəlindəki vəziyyət bu düzülüşdə olacaq.

Qarabağ 3 3 0 0 11-2 9

Qəbələ 3 3 0 0 11-2 9

Neftçi 3 2 1 0 7-2 7

Sabah 2 2 0 0 11-1 6

Araz-Naxçıvan 3 2 0 1 11-1 6

İmişli 2 1 0 1 5-1 3

Şamaxı 2 1 0 1 1-2 3

Kəpəz 2 0 1 0 1-3 1

Zirə 3 0 1 2 6-9 1

Sumqayıt 3 0 0 3 2-11 0

Karvan-Yevlax 1 0 1 0 0-0 1

Turan Tovuz 1 0 0 1 2-3 0

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?