“Etikos”un braziliyalı vingeri Breno Almeyda karyerasını Azərbaycanda davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu haqda Kiprin "Goal News" nəşri məlumat yayıb.
“Etikos” hücumameyilli futbolçunun transferi ilə bağlı razılığa gəlib. Lakin braziliyalının hansı Azərbaycan klubuna keçəcəyi hələlik açıqlanmayıb.
Bildirilib ki, Kipr klubu Breno Almeydanın keçidi üçün əldə olunacaq məbləğdən razı qalıb. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

