ŞOK SİYAHI - "Neftçi" və "Qarabağ"ı qınayanlar bir də digər klublardakılara baxsın!

9 Yanvar 21:00 Premyerliqa 496
ŞOK SİYAHI - "Neftçi" və "Qarabağ"ı qınayanlar bir də digər klublardakılara baxsın!

Tez-tez "Neftçi", "Sabah" və "Qarabağ" kimi iddialı klublar yetirmələrini digər klublara buraxmadığı üçün tənqid olunur.

Bəli, xoşagəlməz hallar var.

Zaman-zaman bu cür faktlara görə adıçəkilən klubları az qınamamışıq.

Amma elə həmin "Neftçi"nin, "Sabah"ın digər klublara yola saldığı yetirmələri də az deyil axı.

Əvvəlki illərdə müsbət nəticələrini görmüşük.

Bəs legioner limitinin ləğvindən sonra bu mövsüm onların aqibəti necədir?

Başlayaq...

Ötən mövsüm "Neftçi"nin əvəzedici komandasında ən yaxşılardan olan Həbib İsmayılov bu mövsümün əvvəlindən "Şamaxı"da çıxış edir. Yarımmüdafiəçi arxada qalan 16 turda
7 dəfə meydana çıxmaq şansı qazanıb. Bir dəfə əsas heyətdə oyuna daxil olub, onda da 38-ci dəqiqədə əvəzlənib. Ümumilikdə isə 7 görüşdə vur-tut 121 dəqiqə meydanda mübarizə aparıb.

"Neftçi"nin bir başqa yetirməsi Elcan Əbilov mövsümə "Kəpəz"də başlayıb. Sezonun birinci yarısında cəmi 5 görüşdə yada düşüb. Hamısında əvəzetmədən oyuna daxil olub. Ümumilikdə 50 dəqiqə yaşıl meydanda qalmaq ona müəssər olub.

"Sabah"ın yetirməsi Tuncay Yusifli böyük ümidlərlə "İmişli"yə aparılmışdı. Əslində pis də başlamamışdı. İlk 3 turun hamısında 90 dəqiqə meydanda gördük. Amma sonrakı 13 görüşdə 1 dəqiqə belə şans almayıb.

Bir başqa "Neftçi"li Fərid Yusifli "Turan Tovuz"un uğurları üçün çalışır. Kurban Berdiyev orta sahə oyunçusuna meydan çıxdığı 5 matçda cəmi 204 dəqiqə güvənib.

Bir sözlə, digər klublara buraxılmayanlar problemdisə, buraxılanlarla bağlı da ümumi mənzə güllü-gülüstan deyil.

Unutmayaq ki, adını sadaladıqlarımız ya gənclər millimizin yaxın keçmişdə əsas heyət üzvləri olub, ya da indi üzvüdür.

Belədə "Neftçi"ni, "Qarabağ"ı, "Sabah"ı çox da qınamağa dəyməz...

Görünən odur ki, limitin ləğvindən sonra hətta ortabab, autsayder klublar da gənclərə lazım olan vaxtı verməkdə maraqlı deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI