Premyer Liqamız “Top-3”ə daxil oldu - Postsovet məkanında

6 Yanvar 13:40 Premyerliqa 1 500
Premyer Liqamız “Top-3”ə daxil oldu - Postsovet məkanında

Premyer Liqa postsovet məkanının aparıcı liqaları sırasında "Top-3"ə daxil olub.

Sportinfo.az “Transfermarkt”a istinadən xəbər verir ki, Premyer Liqada çıxış edən futbolçuların ümumi bazar dəyəri 125,9 milyon avro (259,9 milyon manat) qiymətləndirilir.

Bu göstərici üzrə Azərbaycan çempionatı üçüncü yerdədir, yalnız Rusiya və Ukraynadan geri qalır, amma Özbəkistan, Qazaxıstan və Belarus kimi liqaları qabaqlayır.

Premyer Liqanın yüksək mövqeyi klubların Avrokuboklarda sabit iştirakına, legionerlərin transfer dəyərinin artmasına və çempionatın rəqabətədavamlı səviyyəsinin qorunmasına əsaslanır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi