"Güclü rəqiblər var, amma "Qarabağ" tam başqa səviyyədir"

6 Yanvar 17:00 Premyerliqa 1 232
"Güclü rəqiblər var, amma "Qarabağ" tam başqa səviyyədir"

“Karvan Yevlax”ın yarımmüdafiəçisi Qavi Tompson Sportinfo.az-a açıqlama verib.

Bölgə klubunun yay fasiləsində heyətinə qatdığı ən səviyyəli legioner olan 22 yaşlı afrikalı ilk olaraq Azərbaycan futbolu barədə düşüncələrini bizimlə bölüşüb:

“Çox yaxşı liqadır. Komandaların keyfiyyəti yüksəkdir. Bütün oyunlarda amansız mübarizə görürük. Mən şəxsən bəyənirəm”.

Nigeriyalı meydana çıxdığı 16 görüşdə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Artıq indidən bir neçə Premyer Liqa klubu onun xidmətində maraqlıdır.

Bəs Qavi özü nə düşünür? Qış fasiləsində onu başqa klubda görə bilərikmi?

Bəstəboy oyunçu suallarımızın cavabında bunları dedi:

“Hazırda "Karvan-Yevlax"ın uğurlarını düşünürəm. Bu barədə danışmaq istəmirəm. Heç bir təklifim yoxdur. Bu barədə nəsə deyə bilmərəm. "Karvan-Yevlax"ın uğurlarına köklənmişəm”.

O, sonda 16 görüşdə gördüyü ən çətin rəqibdən də söz açıb:

Düzdüz, güclü, iddialı rəqiblər az deyil. Amma real danışaq ki, "Qarabağ" başqa səviyyədir. Bu komanda Çempionlar Liqasında çıxış edir. Başqa sözə ehtiyac yoxdur”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!