Azərbaycanda futbolçulara ən çox maaş ödəyən 3 klub - BÖYÜK RƏQƏMLƏR

14:25 Premyerliqa 344
Azərbaycanda futbolçulara ən çox maaş ödəyən 3 klub - BÖYÜK RƏQƏMLƏR

Azərbaycanda futbolçularına ən böyük məbləğdə əməkhaqqı ödəyən klublar məlum olub.

Sportinfo.az xəbər verir ki, bunlar «Qarabağ», «Neftçi» və «Sabah»dır.

2024-cü ilin nəticələrinə görə, maaş fonduna ən çox vəsait ayıran «Qarabağ»dır. 2024-cü ildə əməkhaqqına 20 milyon 648 min manat xərcləyiblər.

İkinci sırada «Neftçi» qərarlaşır.

Paytaxt təmsilçisinin 2024-cü ildə bu istiqamətdə sərd etdiyi vəsait 20 milyon 264 min manat olub. Başqa sözlə, “Neftçi” heyətini gücləndirmək və rəqabət qabiliyyətini artırmaq üçün maaş büdcəsini genişləndirib.

Üçüncü yerdə olan «Sabah» isə əməkhaqqına 14 milyon 57 min manat ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır