Premyer Liqanın 2025/2026 mövsümü 101 futbolçunun turnirdə debütü ilə əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, sözügedən statistika ilə bağlı Peşəkar Futbol Liqası məlumat yayıb.
Onlardan 17-si yerli, 84-ü legioner statuslu futbolçudur.
"Qəbələ" və "Karvan-Yevlax"da daha çox – hərəsində 14 debüt gerçəkləşib. "İmişli" 13, "Kəpəz", "Neftçi" və "Şamaxı" hərəyə 10 yeni oyunçuya Premyer Liqada ilk matça çıxmaq imkanı verib.
"Sumqayıt" 8, "Sabah" 7, "Qarabağ" 6, "Turan Tovuz"la "Araz-Naxçıvan" hərəyə 4 debütanta şans verib. "Zirə"də hamıdan az – cəmi 1 belə oyunçu meydana çıxıb.
12 klubdan yalnız 6-da yerli futbolçu debüt edib. "Qəbələ" bu göstəricidə liderdir – 5 oyunçu. "Şamaxı"da 4, "İmişli"də 3, "Kəpəz"lə "Karvan-Yevlax"ın hərəsində 2, "Sumqayıt"da 1 azərbaycanlı debüt şansı əldə edib.
| Say | Komanda | Yerli | Legioner |
| 4 | Araz-N | 0 | 4 |
| 14 | Qəbələ | 5 | 9 |
| 14 | Karvan-Y | 2 | 12 |
| 13 | İmişli | 3 | 10 |
| 10 | Kəpəz | 2 | 8 |
| 10 | Şamaxı | 4 | 6 |
| 10 | Neftçi | 0 | 10 |
| 8 | Sumqayıt | 1 | 7 |
| 7 | Sabah | 0 | 7 |
| 6 | Qarabağ | 0 | 6 |
| 4 | Turan T | 0 | 4 |
| 1 | Zirə | 0 | 1 |
| 101 | 17 | 84 |

