Premyer Liqanın baş tutan 16 turunun 95 matçında 36 penalti təyin olunub.
Sportinfo.az xəbər verir ki, sözügedən statistika ilə bağlı Peşəkar Futbol Liqası məlumat yayıb. Orta hesabla hər oyunda 0,38, yəni hər 237,5 dəqiqədə bir dəfə 11 metrlik cərimə zərbəsi vurulub.
Bunlardan 29-u dəqiq olub. Futbolçuların dəqiqliyi 80,56 faiz təşkil edib.
Meydan sahibləri 19, qonaqlar 17 dəfə belə imkan qazanıb. Öz meydanında oynayanlar 2, səfər matçına çıxanlar 5 şansı qaçırıb.
Premyer Liqanın bütün komandaları penalti imkanı qazanıb. “Qarabağ”la “Sumqayıt” daha çox – hərəyə 5 belə zərbə vurub.
Ağdam klubu 100 faizlik nəticə göstəribsə, Sumqayıt təmsilçisi yalnız iki dəfə dəqiq olub.
“İmişli” də üç penalti qaçırıb. Həm debütant, həm də “Qəbələ” penaltidən qol sevinci yaşamayıb: “Qarabağ” – 5, “Sumqayıt” – 5 (3-ü qeyri-dəqiq), “Neftçi” – 4, “Kəpəz”, “Sabah”, “Şamaxı”, “Zirə” – 3, “İmişli” – 3 (3), “Araz-Naxçıvan”, “Karvan-Yevlax”, “Turan Tovuz” – 2, “Qəbələ” – 1 (1).

