İmani Barker “Karvan Yevlax”dakı durumundan məmnun deyil.
Düzdü, oyun praktikası ilə bağlı mərkəz müdafiəçisinin problemi yoxdur.
Fransalı legioner arxada qalan 16 turdan 8-i 90 dəqiqə olmaqla 11-də meydanda olub.
Və 1 qolla yadda qalıb. Əsas heyət üzvlərindən sayılır.
Barkeri narahat edən Yevlaxdakı şəraitdir.
Bura şəraitsiz yerdə qalmaq, qidalanmaq, məşq etmək və.s daxildir.
O, belə vəziyyətdə davam etməkdə maraqlı deyil.
23 yaşlı arxa xətt oyunçusu narazılığını məşqçilər korpusuna çatdırıb.
Xatırladaq ki, müqavilə ilə “Sumqayıt”a məxsus olan oyunçu Aran təmsilçisinə 1 illik icarəyə verilib.
SPORTİNFO.AZ

