ŞOK SİYAHI! Hansı ölkələrdə Azərbaycan çempionatını sevmirlər? - VİDEO

11:40 Premyerliqa 472
ŞOK SİYAHI! Hansı ölkələrdə Azərbaycan çempionatını sevmirlər? - VİDEO

«Azərbaycanlı futbolçuların legioner həyatı yaşamaq üçün ilkin mərhələdə getməsi münasib yer şərqi Avropa ölkələridir».

Bu sözləri “Asadov Pro Bridge"in rəhbəri Emil Asadov “Sportinfo TV“yə açıqlamasında deyib.

FİFA lisenziyalı tanınmış menecer bildirib ki, seçim zamanı oyunçu profili əsas götürülür. O, bu xüsusda vacib məsləhət verib.

Qeyd edib ki, Monteneqro, Bosniya, Albaniya, Kosovo kimi ölkələrin çempionatı bizimkilərə daha uyğundur. Xorvatya isə «böyük beşliy»ə yollanmaq mənasında ən ciddi «keçid məntəqəsi»dir.

Agent maraqlı bir faktı da açıqlayıb. Söyləyib ki, Özbəkistan və Qazaxıstan klubları azərbaycanlı futbolçulara yuxarıdan-aşağı baxır.

Belə demək olarsa, onlar tərəfindən sevilmirik.Çünki öz çempionatlarını və oyunçularını bizdən üstün tuturlar.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti