“Sabah” 3 qol vurdu, Premyer Liqanın qış çempionu ünvanını qazandı

22 Dekabr 2025 21:30 Premyerliqa 910
“Sabah” 3 qol vurdu, Premyer Liqanın qış çempionu ünvanını qazandı

Premyer Liqada bu gün ilin son oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, 16-cı turun 4-cü günündə 1 matç nəzərdə tutulub.

Belə ki, "Sumqayıt" evdə "Sabah"ı qəbul edib. Paytaxt təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gələrək xal sayını 37-yə çatdırıb və fasiləyə lider olaraq yollanıb.

Bu komandalar arasında 1-ci dövrənin matçı 1:1 hesabı ilə yekunlaşıb.

Bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Qəbələ"ni (2:1), "Araz-Naxçıvan" "Şamaxı"nı (2:0) məğlub edib. "Zirə" - "İmişli" oyununda isə qol vurulmayıb.

19:30. "Sumqayıt" – "Sabah" 1:3

Qollar: Ronaldo Vaskes, 66 // Velko Simiç, 26; 50. Keffel Resende, 60-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

"Sumqayıt": 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsane Simon.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 19. Roi Kehat, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç.
Məşqçi: Veliçko Kaplanoviç.

"Sabah": 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 72. Rüstəm Samiqullin, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti