"Qarabağ" və "Araz-Naxçıvan" qalib gəldi - YENİLƏNİB

21 Dekabr 2025 19:26 Premyerliqa 1 390
"Qarabağ" və "Araz-Naxçıvan" qalib gəldi - YENİLƏNİB

"Qarabağ" cari ildə sonuncu oyununa bu gün çıxacaq.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Misli Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq.

Qarşılaşma saat 15:00-da start götürəcək. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək. Bu oyun saat 17:30-da başlanacaq.

Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddinci sıradadır.

XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq.

Bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.

15:00. "Qəbələ" – "Qarabağ" 1:2

Qollar: Prins Ovusu, 6, Bədavi Hüseynov, 27, Marko Yankoviç, 79

"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 13. Nicat Əliyev 74. Süleyman Damadayev 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov

“Qarabağ”: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 8. Marko Yankoviç 2. Mateus Silva 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 7. Nəriman Axundzadə 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Qəbələ şəhər stadionu

17:30. "Araz-Naxçıvan" – "Şamaxı" 2:0

Qollar: Patrik Andrade, 54, Şarl Boli, 87

“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 6. Patrik Andrade 17. İssuf Paro 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 23. Nuno Rodriqes 7. Hamidu Keyta 19. Bar Kohen

Baş məşqçi: Elmar Baxşıyev

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Ehtiyat oyunçular:62. Abdulla Seydəhmədov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara 19. Abdullahi Şuaybu

Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Asif Əliyev

"Liv Bona Dea Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti