"Neftçi" Yavlaxda çətin qələbə qazandı, "Zirə" xal itirdi

20 Dekabr 2025 18:33 Premyerliqa 1 207
"Neftçi" Yavlaxda çətin qələbə qazandı, "Zirə" xal itirdi

Premyer Liqada 16-cı tur davam edir.

Spotinfo.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.

Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edib. Oyunda hesabı "Karvan-Yevlax" açsa da, "Neftçi" geridönüş edərək 2:1 hesablı qələbə qazanıb.

Hazırda Yevlax klubu 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. “Neftçi” isə 20 xalla 8-cidir. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda qalib aşkarlanmayıb - 0:0.

Günün ikinci matçında isə “Zirə” öz meydanında “İmişli”ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Hazırda 28 xalı olan paytaxt təmsilçisi 3-cü, bölgə təmsilçisi isə 17 xalla 9-cu yeri tutur. Bu komandalar arasında da ilk dövrənin matçı bərabərliklə yekunlaşıb - 1:1.

Turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. XVI tura dekabrın 22-də yekun vurulacaq

14:00. "Karvan-Yevlax" – "Neftçi" 1:2

Qollar: Araz Abdullayev, 45 (p) - Bassala Sambu, 60, Emin Mahmudov, 90+3 (p)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Yevlax şəhər stadionu

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan, 10. Samuel Durrant

Məşqçi: Füzuli Məmmədov

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

16:30. "Zirə" – "İmişli" 0:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 48. Ramiz Muradov 26. Stefan Aka 20. İssa Cibrila 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli

Baş məşqçi: Jorj Kaşkilya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti