Premyer Liqaya dönən klubda SÜRPRİZ ayrılıq QƏRARI!

17:00 Premyerliqa 462
Premyer Liqaya dönən klubda SÜRPRİZ ayrılıq QƏRARI!

Qış fasiləsində “Karvan Yevlax”ı tərk edəcək ilk oyunçu məlum olub.

Əldə etdiyimiz məlumata görə, Coy Slayd Mikels bölgə klubunu tərk edəcək.

Yay kimi müqaviləsi olan 31 yaşlı hücumçu yeni baş məşqçi Füzuli Məmmədovun planlarına daxil deyil.

Əsas problem isə onun tez-tez zədələr almasıdır.

Coy Slayd Mikels hazırda "Sabah"da çıxış edən Coy Lens Mikelsin əkiz qardaşıdır.

Almaniyalı oyunçu indiyədək “Karvan”da meydana çıxdığı 6 görüşdə 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti