Premyer Liqada mövsümün ən yaxşı 10 futbolçusu - ADLAR AÇIQLANDI

14:40 Premyerliqa 194
Premyer Liqada mövsümün ən yaxşı 10 futbolçusu - ADLAR AÇIQLANDI

Azərbaycan Premyer Liqasında geridə qalan dönəmin statistik göstəricilərinə əsasən ən yaxşı futbolçuların reytinqi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, nüfuzlu statistik platforma "Sofascore" mövsümün bu hissəsində ən yüksək performans göstərən 10 oyunçunun siyahısını açıqlayıb.

Reytinq cədvəlinə “Qarabağ”ın müdafiəçisi Toral Bayramov başçılıq edir.

Millimizin üzvü 7.50 orta xal göstəricisi ilə siyahının ilk pilləsində qərarlaşıb. İlk “üçlük”də yer alan futbolçulardan ikisi yerli oyunçulardır ki, bu da AZPL-də azərbaycanlı futbolçuların artan rolunu göstərir.

Toral Bayramov (“Qarabağ”) – 7.50

Emin Mahmudov (“Neftçi”) – 7.41

Abdullah Zubir (“Qarabağ”) – 7.41

Coy Lens Mikkels (“Sabah”) – 7.39

Stiven Solve (“Sabah”) – 7.34

Adriel Ba-Lua (“Qəbələ”) – 7.29

Fernando Varqas (“Neftçi”) – 7.26

Timoteuş Puxaç (“Sabah”) – 7.25

İmad Fərəc (“Neftçi”) – 7.24

Sami Mmae (“Qarabağ”) – 7.19

Mövsümün növbəti turlarında bu reytinqdə dəyişikliklərin olub-olmayacağı isə futbolçuların göstərəcəyi performansdan asılı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti