Masazırda ikinci qol - CANLI YAYIM

20:42 Premyerliqa 197
Masazırda ikinci qol - CANLI YAYIM

Premyer Liqada I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı bu gün keçiriləcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşma "Bank Respublika Arena"da, saat 19:30-da start götürəcək.

Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər.

Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmil olunacaq. Hakim-inspektor funksiyasını Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Ağdam təmsilçisi hazırda 33 xalla turnir cədvəlinə başçılıq edir. 31 xala malik "Sabah" ikincidir.

“Sabah” – “Qarabağ” 1:1

Qollar: Leandro Andrade, 8 - Coy-Lens Mikels, 52
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30

"Sabah": 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Cesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti