"Neftçi" və digər klublar niyə "Qarabağ" ola bilmir? - VİDEO

15:00 Premyerliqa 97
"Neftçi" və digər klublar niyə "Qarabağ" ola bilmir? - VİDEO

«Qarabağ»ın avrokuboklarda qazandığı uğurlar xarici agentlərin Azərbaycan futboluna diqqət göstərməsinə çox təsir edir».

Bu sözləri “Sportinfo TV“yə açıqlamasında “Asadov Pro Bridge"in rəhbəri Emil Asadov deyib.

FIFA Lisenziyalı futbol agenti bildirib ki, “köhlən atlar“ın beynəlxalq arenada qazandığı uğurlu nəticələri çox yüksək qiymətləndirir.

Onun fikrincə, hazırda Premyer Liqada “Qarabağ“la çempionluq uğrunda rəqabət aparmaq müşkül məsələdir.

O, elita təmsilçilərinə maraqlı təklif verib. Asadov qeyd edib ki, onlar futbolçu yetişdirməyə diqqət yetirsələr, yaxşı gəlir əldə eləyə bilərlər. Belə olsa, satışlardan büdcəyə qazanc axacaq, bu da klubların fəaliyyətinə müsbət təsir göstərəcək.

Menecer təəssüf hissi ilə vurğulayıb ki, liqa mənsubları özlərini əziyyətə vermir, bu sahəyə ciddi yanaşmır, “hazır məhsul“ arxasınca gedir.

Yəni, kimin imkanı varsa, legioner bazarına üz tutur, öz futbolçularını yetişdirməyə, Avropa səhnəsinə çıxarmağa meyl etmir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti