Premyer Liqada yerli-legioner söhbəti - Kimlər qabaqda gedir?

02:40 Premyerliqa 64
Premyer Liqada yerli-legioner söhbəti - Kimlər qabaqda gedir?

Premyer Liqanın 15-ci turu mövsümün ən məhsuldar üçüncü turu olub.

Sportinfo.az xəbər verir ki, baş tutan 6 oyunda ümumilikdə 20 qol qeydə alınıb.

Yalnız iki turda 20-dən çox qol qeydə alınıb. Mövsümün rekordu 8-ci turda vurulan 24 top olub. 10-cu turda isə komandalar ümumilikdə 22 dəfə fərqləniblər.

Turun 20 qolundan yalnız 6-sı yerli statusda çıxış edən futbolçuların aktivinə yazılıb. Bununla cari mövsüm yerlilərin vurduğu ümumi qol sayı 51-ə çatıb.

50-ci yerli qolunun müəllifi “İmişli” ilə səfər matçında “Karvan-Yevlax”a heç-heçə gətirən topa imza atan Vadim Abdullayev olub.

Çempionatımızda bu ana qədər legionerlərin vurduğu qol sayı isə 165-dir. Digər 4 top avtoqol kimi qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı