Burada “Qarabağ”ın imzası var - Azərbaycanda 6000-cı oyun

16 Dekabr 2025 01:50 Premyerliqa 406
Burada “Qarabağ”ın imzası var - Azərbaycanda 6000-cı oyun

Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb.

34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb.

Cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti