Məşhur qapıçının dostu Azərbaycan Premyer Liqasında

09:20 Premyerliqa 341
Məşhur qapıçının dostu Azərbaycan Premyer Liqasında

Premyer Liqada 2025/2026 mövsümü başlayandan bombardirlər siyahısında yeni simalar da var idi.

Uzun müddət bombardirlər siyahısında vahid lider olan Ba-Muaka Simakalanın 14 oyundan sonra aktivində 7 qol var.

Konqo əsilli almaniyalı hücumçunun bu performansı gözlənilməz deyil. “Allemaniya Ahen” və “Borussiya”(Münhenqladbax) kimi klubların akademiyasında yetişmiş S

imakala Azərbaycana gələnə qədər həm dünyaca tanınmış, həm də ölkəmizdə oynamış futbolçularla da komanda yoldaşı olub.

Sportinfo.az xəbər verir ki, sportal.az “Borussiya”(Münhenqladbax), “Roda”, “Elversberq”, “Rödinqhauzen”, “Osnabrük”, “Holşten Kiel”, “Kayzerslautern” klublarında çıxış etmiş Ba-Muakanın azərbaycanlı futbolsevərlər üçün daha maraqlı olan komanda yoldaşlarının siyahısını təqdim edib:

Yan Sommer

Simakala Almaniya Bundesliqasında da meydana çıxıb. O, 2016/2017 mövsümündə “Borussiya”nın (Münhenqladbax) 17-ci turda “Darmşdat”la matçının 80-ci dəqiqəsində Raffaelin əvəzinə meydana daxil olub. Həmin oyunda hazırda "İnter"in qapısını qoruyan Yan Sommer, "Anderlext"in formasını geyinən Torqan Hazardla eyni anda Münhenqladbax təmsilçisinin uğuru üçün mübarizə aparıb.

Bissak

Ba-Muanın komanda yoldaşları arasında "İnter"in daha bir futbolçusu var. Söhbət Almaniya millisinin də üzvü olan Yan Aurel Bissekdən gedir. Belə ki, Simakala 2019-2020-ci illərdə "Roda"da birlikdə oynayıblar.

Timoteuş Puxaç

"Araz-Naxçıvan"ın hücumçusu hazırda Premyer Liqamızda oynayan legionerlərdən biri ilə də tanışdır. Yayda "Sabah"a icarəyə gələn Timoteuş Puxaç “Kayzerslautern”də Simakala ilə eyni formanı geyinib. Polyak müdafiəçi hazırda "Holşten Kiel" klubuna məxsusdur.

Bilal Sezar

Premyer Liqamızda bombardirlər siyahısında yer alan Almaniya vətəndaşı peşəkar karyerasının ilk vaxtlarında Bilal Sezerlə komanda yoldaşı olub. Bu futbolçu vaxtı ilə Azərbaycanın U-21 yığmasına böyük ümidlərlə cəlb edilmişdi. A milliyə də cəlb olunacağı gözlənilsə də, U-21 yığmasından əsas komandaya yüksələ bilməyən Sezar indi də karyerasını Almaniyada aşağı liqa klubunda davam etdirir. 31 yaşlı futbolçu 5-ci liqada “Baumberq”in formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti