“Qarabağ”ın oyununu təkbaşına izləyən uşağın sevdiyi 3 futbolçu kimdir? - VİDEO

01:00 Premyerliqa 79
“Qarabağ”ın oyununu təkbaşına izləyən uşağın sevdiyi 3 futbolçu kimdir? - VİDEO

“Qarabağ” - “Ayaks” oyununu sığınacaqda təkbaşına izləyən 11 yaşlı Əkbər Zülfüqarov Ağdam klubuna olan sevgisindən bəhs edib.

Sportinfo.az xəbər verir ki, o, idman.biz-ə müsahibəsi zamanı “Qarabağ”ın oyunçularından Kevin Medina, Abdulla Zubir və Nəriman Axundzadəni çox sevdiyini deyib.

Qadın və Uşaq Sığınacağında icazə alaraq Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilən ”Qarabağ” - “Ayaks” oyununu təkbaşına izləyən azyaşlı yaxın günlərdə Ağdam klubunun üzvləri ilə görüşəcək.

O, bu xəbəri aldıqda böyük sevinc yaşadığını qeyd edib və baş məşqçi Qurban Qurbanova təşəkkürünü çatdırıb.

Müsahibəni təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu