“Şamaxı” evdə qazandı, “Sabah” Tovuzda “Turan”ı “ağlatdı”

13 Dekabr 2025 18:27 Premyerliqa 1 055
“Şamaxı” evdə qazandı, “Sabah” Tovuzda “Turan”ı “ağlatdı”

Bu gün Premyer Liqada 15-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.

Turun açılış qarşılaşmasında "Şamaxı" öz meydanında "Zirə"ni qəbul edib. Bölgə təmslçisi oyunda geridönüş edərək paytaxt klubuna qalib gəlib.

Günün ikinci qarşılaşmasında "Turan Tovuz" doğma stadionda "Sabah"ı sınağa çəkib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

13 oyundan 28 xalı olan paytaxt təmsilçisi turnir cədvəlində ikinci, Tovuz klubu isə 24 xalla beşinci yeri tutur. İlk dövrənin oyununda "Sabah" "Turan Tovuz"a 2 cavabsız qolla qalib gəlib.

14:00. "Şamaxı" – "Zirə" 1:1

Qollar: Msanqa, 54. Karim Rossi, 61-pen – Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Şamaxı şəhər stadionu

"Şamaxı": 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

16:30. "Turan Tovuz" – "Sabah" 1:3

Qollar: Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Tovuz şəhər stadionu

"Turan Tovuz": 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev

"Sabah": 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti