Premyer Liqada XIV turun növbəti iki oyunu bu gün keçiriləcək.
Sportinfo.az xəbər verir ki, matçlardan biri Bakıda, digəri Sumqayıtda baş tutacaq.
Günün ilk matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 17:00-da start götürəcək.
Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu 6 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sumqayıt" "İmişli"ni qəbul edəcək. Bu oyun saat 19:30-da başlanacaq. Meydan sahibləri 23 xalla 5-ci, qonaqlar 15 xalla 9-cu sıradadır.
Turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
"Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
17:00. "Araz-Naxçıvan" – "Kəpəz" 2:0
Qolla: Coşqun Diniyev 38, Patrik Andrade 64
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">"Liv Bona Dea Arena"
"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 8. Coşqun Diniyev 16. Ramon Maçado 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 77. Bruno Franko 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 17. Ümid Səmədov 29. Dioqo Verdaska (k) 14. Adama Fofana 10. Ryonosuke Ohori 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 38. Cefferson Bentu
Baş məşqçi: Azər Bağırov
19:30. "Sumqayıt" – "İmişli"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

