Qazaxıstanın gənclər millisinin futbolçusu Nurali Jaksılık karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, başda Azərbaycan və Albaniya olmaqla bir neçə ölkənin nümayəndəsi “Astana”nın gənc yarımmüdafiəçisi ilə maraqlanır.
Onun sözlərinə görə, həmin klublardan biri kifayət qədər titulludur və avrokuboklarda uğurlu çıxış edir.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">Menecer klubların adlarını açıqlamasa da, danışıqların davam etdiyini və qərar verməyə tələsmədiklərini vurğulayıb.
Ötən ildən “Astana”nın əsas komandasına cəlb olunan Nurali Jaksılık 2023-cü ildən Qazaxıstanın U-21 millisinə çağırılır.

