Premyer Liqanın XIV turunda bu gün növbəti oyunlar keçiriləcək.
Sportinfo.az xəbər verir ki, əvvəlcə "Qəbələ" evdə "Turan Tovuz"u qəbul edəcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq. "Turan Tovuz" hazırda 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 8 xala malik "Qəbələ" isə onuncudur.
Günün son matçı "Bank Respublika Arena"da baş tutacaq. "Sabah" evdə "Neftçi" ilə üz-üzə gələcək. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək.
"Sabah" 25 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 16 xala malik "Neftçi" isə səkkizincidir.
Turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0) məğlub edib, "Zirə" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib - 1:1.
XIV tura dekabrın 9-da yekun vurulacaq.
17:00. "Qəbələ" – "Turan Tovuz" 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
"Qəbələ": 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze
"Turan Tovuz": 1. Oleq Baklov 10. Xəyal Nəcəfov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdiyev
20:00. "Sabah" – "Neftçi"
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Bank Respublika Arena"

