Bu gün Premyer Liqada 14-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun gününə bir matç nəzərdə tutulub.
Turun açılış matçında “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda Ağdam klubu 30 xalla çempionatın lideridir. “Zirə” isə 27 xalla turnir cədvəlində ikincidir.
Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qalib aşkarlanmayıb – 1:1.
17:00. "Zirə" – "Qarabağ" 1:1
Qollar: İssa Cibrilla, 31 // Enrike Kustodio, 44-öz qapısına.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 20. İssa Cibrila, 5. Ange Mutsinzi, 11. Junior Martins, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 28. Leroy Mikels, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Qarabağ": 99. Mateus Koxalski, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 81. Kevin Medina, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35.Pedro Bikalyo, 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə , 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

