Premyer Liqada 13-cü tur davam edir.
Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb.
Əvvəlcə “İmişli” “Sabah”ı qəbul edib. Görüşdə Bakı təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Ötən tur “Neftçi”ni məğlub edən "İmişli" hazırda 15 xalla 8-ci pillədə qərarlaşıb. “Sabah” isə 25 xalla 3-cüdür.
Günün ikinci matçında son çempion “Qarabağ” “Karvan-Yevlax”ı sınağa çəkib.
Qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu hazırda 29 xalla birinci, Yevlax təmsilçisi isə 5 xalla sonuncudur.
Turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb. Tura noyabrın 30-da yekun vurulacaq.
14:30. "İmişli" – "Sabah" 0:3
Qollar: Amin Seydiyev 54, Stiv Solvet 60Ş Kahim Paris 90+3
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Cabarov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Quba Olimpiya İdman Kompleksinin stadionu
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 21. Abbas Ağazadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
"Sabah": 92. Stas Pokatilov 46. Aleksey İsayev 2. Amin Seydiyev (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 3. Stiv Solvet 27. Timoteuş Puxaç 33. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 8. Ayaz Quliyev 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 89. Cəfər Muxtarov 80. Akim Zedadka 11. Kahim Parris 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
17:00. "Qarabağ" – "Karvan-Yevlax" 2:0
Qollar: Emmanuel Addai 79, Nəriman Axundzadə 89
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
"Azərsun Arena"
"Qarabağ": 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 8. Marko Yankoviç 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 33. Eltun Turabov 2. Şakil Sno 12. Vitor Roşa 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 10. Samuel Durrant 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 3. Said İranxan 8. Peter Kinqs 21. İmani Barker
Məşqçi: Füzuli Məmmədov

