"Əgər digər klublarımızın da "Qarabağ" kimi Avropada uğurlu olmasını istəyiriksə..."

19:00 Premyerliqa 122
"Əgər digər klublarımızın da "Qarabağ" kimi Avropada uğurlu olmasını istəyiriksə..."

"Karvan-Yevlax"ın müdafiəçisi Elvin Yunuszadə Sportinfo.az-a açıqlama verib.

"Neftçi"nin yetirməsi arxada qalan birinci dövrənin dəyərləndirərkən ən çox hakim idarəçiliyindən narazılıq edib:

"Məsələn, son oyunda qapımıza verilən penal nədir? Mənim düşüncəm ilə penal yox idi. Amma bu elə şeydir ki, təkrara baxandan sonra fərqli fikir yarana bilər.

Amma ümumi baxanda görürsən ki, 50-50-yə olan epizodların hamısında qərarlar rəqiblərin xeyrinə verilir.

Səbəbini bilmirəm. Bəlkə, rəqiblər daha təcrübəli komandadır və ya hədəfləri böyükdür ona görə belədir. Hansısa xırda məqamlarda simpatiya hiss olunur. O da yekunda belə nəticələrə gətirir.

Penal bir kənara, hakimlər dəhşət dərəcədə çox qayda pozuntusu qeydə alır. Biz çempionatın səviyyəsini qaldırmaq istəyiriksə, bu qədər oyun dayandıra bilmərik. Bizim xeyrimizə qərar verməsini demirəm. Sözüm hər iki tərəf üçün də eynidir.

Təkrar qeyd edirəm ki, bu qədər oyunun dayanması doğru deyil. Əgər istəyiriksə digər klublarımız da "Qarabağ" kimi Avropada uğurlu olsun, o zaman birinci öz çempionatımızdan başlamalıyıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti