"Sabah"dan qələbə, "Neftçi" derbidə "Qarabağ"a yenə məğlub oldu

9 Noyabr 20:38 Premyerliqa 1 019
"Sabah"dan qələbə, "Neftçi" derbidə "Qarabağ"a yenə məğlub oldu

Bu gün Premyer Liqada “Zəfər turu”na yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb.

Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub.

Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin 1:3 hesablı qələbəsi ilə başa çatıb.

Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. "Sabah" klubu isə turnir cədvəlində üçüncü pilləyə yüksəlib.

Turun son matçında isə Azərbaycan derbisi baş tutub. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edib.

Ağdam klubu əzəli rəqibini 2:0 hesabı ilə məğlub edərək yenidən liderliyə yüksəlib. Bu, komandalar arasında 100-cü derbi matçı olub.

Turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb.

15:44. "Kəpəz" – "Sabah" 1:3

Qollar: Olavale Onanuqa, 45+3, Velko Simiç, 22, Con Ley Mikels, 27, Noqeyra, 54

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Qəbələ şəhər stadionu

Kəpəz”: 1. Kaçper Rosa 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 9. Luis Paçu 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 10. Ryonosuke Ohori 38. Cefferson Bentu 6. Pedro Qomeş

Ehtiyat oyunçular: 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo

Baş məşqçi: Azər Bağırov

"Sabah": 92. Stas Pokatilov 2. Amin Seydiyev (k) 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 3. Stiv Solvet 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 10. Anatoli Nuriyev 8. Ayaz Quliyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 88. Xəyal Əliyev 11. Kahim Parris 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

18:44. "Qarabağ" – "Neftçi" 2:0

Qollar: Toral Bayramov, 48 (p), Kamilo Duran, 83

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

VAR: Fərid Hacıyev.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"Azersun Arena"

Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 81. Kevin Medina 3. Sami Mmae 18. Dani Bolt 15. Leandro Andrade 6. Kris Kuaku 35. Pedro Bikalyo 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 21. Aleksey Kaşuk 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro18. İfeanyi Metyu11. İmad Faraj10. Freddi Varqas

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov4. Elvin Camalov 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!