“Neftçi” 2500 manat cərimə ödəyəcək - Bir kənar şəxsə görə

03:50 Premyerliqa 95
“Neftçi” 2500 manat cərimə ödəyəcək - Bir kənar şəxsə görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Neftçi” – “Kəpəz” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimə edilib.

Eyni matçın 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” 2500 manat cərimələnib.

“Turan Tovuz” – “Şamaxı” görüşündə “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt”ın 4 nəfər sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 17:50 Çək və bizə göndər!