“Karvan”ın bəxti gətirmədi, “Turan” Zirədə 1 xal qazandı

8 Noyabr 2025 20:46 Premyerliqa 1 260
“Karvan”ın bəxti gətirmədi, “Turan” Zirədə 1 xal qazandı

Premyer Liqada “Zəfər turu” davam edir.

Sportinfo.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb.

Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkib. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə “Araz-Naxçıvan”ın xeyrinə yekunlaşıb.

Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

\Hazırda paytaxt təmsilçisi 20 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz klubu isə 22 xalla çempionatın lideridir.

Turun ötən gün keçirilən görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0) üstələyib.

15:44. "Araz-Naxçıvan" – "Karvan-Yevlax" 2:1

Qollar: Hamidu Keyta 65, Hamidu Keyta,65 // Araz Abdullayev 17
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.

VAR: Əli Əliyev.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 2. Qara Qarayev (k) 26. Ömər Buludov 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 19. Bar Kohen
Ehtiyat oyunçular: 12. Kristian Avram 76. Süleyman Həsənov 34. Urfan Abbasov 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 23. Nuno Rodriqes 7. Hamidu Keyta
Baş məşqçi: Elmar Baxşıyev

"Karvan-Yevlax": 1. Kamran İbrahimov 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 33. Eltun Turabov 13. Vüsal Məsimov 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 10. Samuel Durrant 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani 8. Peter Kinqs 4. Olavale Doyeni
Baş məşqçi: Azər Həşimov

18:44. "Zirə" – "Turan Tovuz" 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Zirə İdman Kompleksinin stadionu

"Zirə": 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 28. Leroy Mikels, 20. İssa Cibrilla, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Turan Tovuz": 1. Oleq Baklov, 29. Filip Ozobiç, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdıyev.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti