Təəssüfləndi: "Qarabağ" kimi komanda ilə oyunda belə imkanlar tez-tez ələ düşmür"

21:00 Premyerliqa 153
Təəssüfləndi: "Qarabağ" kimi komanda ilə oyunda belə imkanlar tez-tez ələ düşmür"

"İmişli"nin yarımmüdafiəçi Abbas Ağazadə Premyer Liqanın 10-cu turunda "Qarabağ"a məğlub olduqları qarşılaşma (0:2) haqda Sportinfo.az-a açıqlama verib.

O, ideyib:

"Düşündüyümüz kimi çətin oyun oldu. "Qarabağ"ın gücünə bələd idik.

Yaxşı hazırlaşmışdıq. Göstərdiyimiz oyun da yaxşı idi, sadəcə, əlimizə düşən imkanları dəyərləndirə bilmədik.

Penalı qaçırdıq, təkbətək imkanımız oldu. "Qarabağ"a qarşı layiqli mübarizə apardıq.

İmkanları da dəyərləndirə bilsək, əla olardı. Amma istənilən halda kollektiv şəkildə yaxşı mübarizə apardığımızı deyə bilərəm".

Ağazadə son çempionla oyunda xal qazanmağa yaxın olduqlarını düşündüyünü sözlərinə əlavə edib:

"Epizodlardan istfadə edə bilsəydik, oyundan xalla ayrıla bilərdik. "Qarabağ" kimi komanda ilə görüşdə belə imkanlar tez-tez ələ düşmür.

Bir ya iki dəfə olur. Biz hər ikisini də boşa verdik. Amma xeyirlisi.

Düşüncəmə görə oyunumuz yaxşı idi. Fərdi səhvlər oldu, ancaq daha yaxşı olacağımıza inanıram".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti