Həftəsonu proqnozu – “Tufan qopacaq, qiyamət olacaq”

17 Oktyabr 14:00 Premyerliqa 631
Həftəsonu proqnozu – “Tufan qopacaq, qiyamət olacaq”

Tura bax, tura,

Gör, necə yanır.

Getsən stadiona,

Məni da çağır.

Azərbaycan Premyer Liqası ilə nəfəs alan hansısa şəir olsaydı, əminəm ki, qarşıdakı turla bağlı yazacağı şerə bu bəndlə başlayardı.

Hidrometerorologiya bürosundan isıə cümə, şənbə və bazar gününün hava proqnozu bu şəkildə təqdim olunardı:

“Həftəsonu paytaxtda və paytaxta yaxın rayonlarda tufan qopacaq, ildırım çaxacaq, qiyamət olacaq”.

8-ci turun oyunlarına baxanda başqa bənzətmə tapmaq olmur.

Cari mövsümdə əla qrafik cızaraq turnir cədvəlinin ilk pilləsində yerini bərkidən “Turan Tovuz” son illərin dəyişməz çempionu “Qarabağ”ın qonağı olacaq. Bu oyun barədə uzun-uzadı danışmağa gərək yoxdur. Turnir cədvəli və baş məşqçilərin adı qarşılaşmanın güzgüsüdür.

Geridə qalan 7 matçda cəmi 1 yenilgi acısı yaşayan “Araz-Naxçıvan,” fərqli vəziyyətdə olan, cəmi 1 qələbə sevinci yaşayan və ilk “3-lük”dən xeyli uzaq düşən “Neftçi”nin qapısına gedəcək. Bu matçın yekun nəticəsi səbrsizliklə gözlənilir. Xüsusən də “Neftçi” camiəsində.

Avrokuboklara digər iki iddialı “Sabah”la “Zirə” isə öz aralarında oynayacaqlar. Zirəlilərin cari mövsümdə məğlubiyyət acısı dadmaması, “tələbələr”in xüsusən öz meydanında inamlı görünməsi qarşılaşmaya marağı artıracaq. “Sabah” mümkün qələbə sayəsində turnir cədvəlində 2-3 pillə irəliləyərək liderə yaxınlaşa bilər.

“Şamaxı”yla “Kəpəz” matçının öz gözəlliyi var. Meydan sahiblərinin başında Azərbaycan millisinin çalışdıran Ayxan Abbasov dayanırsa, Gəncə komandasını azarkeşlərin sevimlisi Azər Bağırov çalışdırır. Ötən həftə “Qarabağ”la qarşılaşma Bağırov üçün siftə idi deyə, məğlubiyyət qəbul olundu. Şamaxılılara mümkün yenilgi ciddi narazılıqla müşayiət oluna bilər.

Qubada baş tutacaq “İmişli” – “Qəbələ” oyunu əcnəbi mütəxəssislərin – Jorj Kaşkilya ilə Kaxaber Tsxadadzenin ilk dueli kimi tarixə düşəcək. Hər iki komanda ötən tur meydanı məğlub tərk edib. İmişlilər xal ehtiyatını zənginləşdiribsə, qəbələlilər bu baxımdan geridədir. İki həftə əvvəl “Şamaxı”ya boyun əyən “Qəbələ” üçün növbəti yenilgi heç bir halda qəbul olunmayacaq.

“Sumqayıt” - “Karvan-Yevlax” görüşünə son həftələrin uğursuzlarının qarşıdurması kimi baxa bilərik. Hər ikisi çempionata yaxşı başlamışdı. Hətta 3 turdan sonra aktivində 7 xal olan “kimyaçılar”ı indidən avrokuboklarda görənlər var idi. Lakin indiki vəziyyət tam fərqlidir. Hər ikisi azarkeşlərin qəlbini alıb, turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq üçün qələbə arzusundadır.

Oktyabrın 17-də “Şamaxı” – “Kəpəz”, “Turan Tovuz” – “Qarabağ”, ertəsi “İmişli” – “Qəbələ”, “Sumqayıt” – “Karvan-Yevlax”, oktyabrın 19-da “Sabah” – “Zirə”, “Neftçi” – “Araz-Naxçıvan” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar