
Qırğızıstan çempionatının hazırkı bombardiri Aleksey Zinkeviç yeni ilə Premyer Liqamızda başlamağa çox yaxındır.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “Alay”ın əsas hücumçusuna çempionatımızda çıxış edən klubdan təklif gəlib.
Bu barədə futbolçunun meneceri, vaxtı ilə U-21 yığmamızda da oynamış Qvanzav Maqomedov saytımızın əməkdaşına məlumat verib.
Ukraynalının transferinin baş tutub-tutmayacağı qışda dəqiqləşəcək. Hazırda danışıqlar davam etdirilir.
28 yaşlı hücumçunun “Alay”la müqavilə müddəti 2025-ci il dekabrın 31-də başa çatacaq. O, indiyə qədər “Volın”(Lutsk), “Şaxtyor”, “Aqrobiznes”, “Çernomorets”, “Niva” və “Poqon”da oynayıb.