Premyer Liqanın növbəti mövsümü ilə bağlı olduqca MÜHÜM YENİLİK - Bu xəbəri qaçırmayın!

14 May 2025 20:00 Premyerliqa 2 242
Premyer Liqanın növbəti mövsümü ilə bağlı olduqca MÜHÜM YENİLİK - Bu xəbəri qaçırmayın!

Premyer Liqada növbəti mövsümün hansı reqlament üzrə keçiriləcəyi müəyyənləşib.

Çempionat iştirakçıları üçüncü mərhələ oyunlarının yerini bəlli etmək üçün püşk atacaq.

Bilindiyi kimi, gələn sezondan elitada 12 klub mübarizə aparacaq. AFFA İcraiyyə Komitəsi yarışın 3 dövrədən ibarət olması barədə qərar qəbul edib.

İlk iki dövrədə «ev-səfər» prinsipi tətbiq olunacaq. Üçüncü, yəni, final mərhələsində hansı komandanın oyununu evdə, yaxud səfərdə keçirəcəyi isə püşkatma yolu ilə dəqiqləşəcək.

Hər dövrə 11 turdan ibarət olacağından, burada «6+5» məsələsi var.

Doğma publika qarşısında altı qarşılaşmaya çıxacaqlar, ya əksinə. Püşk bu mənada çox əhəmiyyətlidir.

Reqlament barədə təqdim etdiyimiz bu informasiyanın rəsmi təsdiqi İcraiyyə Komitəsinin önümüzdəki günlərdə təşkil ediləcək iclasında olacaq.

Federasiyadan aldığımız informasiya deməyə əsas verir ki, rəhbərlik hazırda bu variantın tətbiqinə tərəfdardır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO