Tovuzda üçüncü qol CANLI YAYIM

20:05 Premyerliqa 227
Tovuzda üçüncü qol CANLI YAYIM

Bu gün Premyer Liqanın XXXIV turunda daha iki oyun keçiriləcək.

Sportinfo.az xəbər verir ki, əvvəlcə “Səbail” evdə “Zirə” ilə qarşılaşacaq.

“ASCO Arena”da baş tutacaq və Tural Qurbanovun idarə edəcəyi görüş saat 17:00-da start götürəcək.

“Səbail” hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsindədir. Mövsümü ikinci pillədə bitirəcəyi dəqiqləşən “Zirə”nin isə 67 xalı var.

Günün son matçı Tovuzda baş tutacaq. “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi oyuna saat 19:30-da start veriləcək.

Tovuz təmsilçisi hazırda 49 xalla dördüncü yerdədir. 37 xala malik “Neftçi” isə beşincidir.

Turun ötən gün baş tutan “Sabah” - “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

17:00. “Səbail” – “Zirə” 0:1

Qol: Davit Volkov, 90+1
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.

VAR: Kamal Umudlu.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

“ASCO Arena”

"Səbail": 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 16. Emin Rüstəmov, 10. David Qomis (k), 3. Dmitro Litvin, 7. Madi Queta, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 67. Rəvan Abasov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 5. Gitay Sofir
Baş məşqçi: Əbdülqəni Nurməmmədov

"Zirə": 41. Anar Nəzirov (k), 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 29. Ceyhun Nuriyev, 53. Şahmar Aşurov, 91. Murad Ələkbərov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 4. Ruan Renato, 70. İssa Cibrila, 18. Martins Junior, 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov

19:30. “Turan Tovuz” – “Neftçi” 1:2

Qollar: Rəhim Sadıxov, 17 - Emin Mahmudov, 10, Dembo Darbo, 32

“Turan Tovuz”: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza

Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 5. Roderik Miller, 6. Araş Qaderi, 29. Anton Kraçkovski

Baş məşqçi: Kurban Berdiyev

“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 24. Mustafa Sek, 9. Bassala Sambu, 22. Dembo Darboe, 11. Aleks Fernandes

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 67. Fariz Xeyrullayev, 78. Elcan Əbilov, 86. Aslan Şirinov, 47. Murad Məmmədov, 88. Andrey Ştoqrin, 18. Ryonosuke Ohori

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.

VAR: Nicat İsmayıllı.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Tovuz şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti