PFL dörd futbolçuya görə klubları xəbərdar etdi - ADLAR

8 May 2025 19:40 Premyerliqa 697
PFL dörd futbolçuya görə klubları xəbərdar etdi - ADLAR

Premyer Liqanın 34-cü turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Üç komandadan dörd futbolçu oyunları kənardan izləyəcək.

Bunlar “Zirə”nin üzvləri Qismət Alıyevlə Pyer Zebli, “Turan Tovuz”un üzvü Ayxan Hüseynov və “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalovdur.

Qismətlə Elvin 33-cü turda aldıqları qırmızı vərəqəyə, Ayxanla Pyer isə sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüblər.

Mayın 9-da “Sabah” – “Şamaxı”, ertəsi “Səbail” – “Zirə”, “Turan Tovuz” – “Neftçi”, mayın 11-də “Kəpəz” – “Sumqayıt”, “Qarabağ” – “Araz-Naxçıvan” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO