Qurban Qurbanov “Qarabağ”da yalnız ona “əl vurmur”

8 May 2025 02:30 Premyerliqa 1 956
Qurban Qurbanov “Qarabağ”da yalnız ona “əl vurmur”

Premyer Liqanın 2024/25 mövsümünün sonuna 3 tur qalıb.

Sportinfo.az xəbər verir ki, yalnız 7 futbolçu arxada qalan 33 turun hamısında iştirak edib.

“Şamaxı”da 3 belə oyunçu var. Arsen Ağcabəyov, Rikardo Fernandes və Rüfət Abbasov bütün matçlarda şans qazanıblar.

Digər 4 futbolçu fərqli klubları təmsil edir. Bernardo Dias (“Araz-Naxçıvan”), Ehtiram Şahverdiyev (“Kəpəz”), Leandro Andrade (“Qarabağ”) və Cesse Sekidika (“Sabah”) 33 qarşılaşmada da forma geyinib.

Bu futbolçulardan yalnız biri əvəzolunmazdır. “Şamaxı”nın qapıçısı Rikardo bütün görüşlərdə 90 dəqiqə meydanda olub. O, ümumilikdə 2970 dəqiqə forma geyinib.

Cari mövsümdə 282 futbolçu iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...