"Neftçi" və "Zirə"nin yerli futbolçularına “qırmızı” cəzalar verildi

7 May 2025 12:40 Premyerliqa 728
"Neftçi" və "Zirə"nin yerli futbolçularına “qırmızı” cəzalar verildi

AFFA İntizam Komitəsi "Zirə"nin kapitanı Qismət Alıyevi və "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu iki oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Q.Alıyev Premyer Liqanın XXXIII turunda "Turan Tovuz"la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Qəsəbə klubu buna görə 1500 manat cərimələnib.

E.Camalov isə "Kəpəz"lə görüşdə ciddi qayda pozuntusuna yol verdiyi üçün eyni halla üzləşib. "Ağ-qaralar" da eyni məbləği ödəməli olacaq.

"Turan Tovuz" və "Sabah"a 700 manat cərimə kəsilib. Bölgə təmsilçisinin 4 futbolçusu "Zirə" ilə qarşılaşmada, "Sabah"ın isə eyni sayda oyunçusu "Araz-Naxçıvan"la matçda sarı vərəqə alıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...