Yerində saymır, geriləyir - Azərbaycan Premyer Liqası ilə bağlı HƏYƏCAN SİQNALI

10 May 20:40 Premyerliqa 216
Yerində saymır, geriləyir - Azərbaycan Premyer Liqası ilə bağlı HƏYƏCAN SİQNALI

Premyer Liqada daha bir mövsümü arxada qoymağımıza az qalıb.

Ötən mövsümlə müqayisədə rəqabət səviyyəsinin aşağı olduğunu indidən deyə bilərik.

Ötən sezon yalnız "Qarabağ" həftələr öncədən çempionluğuna aydınlıq gətirmişdi.

Son illər alışdığımız, normal qarşıladığımız durumdur.

Amma önəmli detal o idi ki, avrokuboklara gedəcək digər 3 xoşbəxtin adına yalnız son turun son dəqiqələrdində aydınlıq gəlmişdi.

Ən vacib məsələdən biri odur ki, "Neftçi" 56 xalla mövsümü 5-ci pillədə başa vurmuşdu.

Bəs bu sezon nə görürük?

Sona 3 tur qalmış "Zirə" gümüş medalları özü üçün qətiləşdirdi.

Həftələr öncədən isə belə olacağı heç kimə sirr deyildi.

"Araz-Naxçıvan"ın cari mövsümü ilk üçlükdə bitirmək şansları qışdan sonra dəqiqləşmişdi desək yalan demiş olmarıq.

Ötən ilin bu günləri "Neftçi" 56 xalla "dördlük"dən kənarda qalmışdısa, "Turan Tovuz" bu gün 49 xalla sona 3 tur qalmış aşağı-yuxarı 4-cü pilləni özü üçün qətiləşdirib.

Halbuki bir il əvvəl həmin "Turan" 48 xalla mövsümü 6-cı sırada qapamışdı.

Ötən mövsümü 4-cü pillədə bitirən "Sumqayıt" isə aktivinə 57 xal yazdırmağı bacarmışdı.

Bəzən statistikanın hər şeyi göstərmədiyini iddia edənlər olur.

Düzdü, hər şey deyil, amma çox şeyi ifadə etdiyi dəqiqdir.

Yuxarıdakı faktlar özü aydın göstərir ki, arxada qalan 1 ildə Yüksək Dəstədə nə qədər geriləmə olub.

Yerimizdə də saymamışıq ha, geriləmişik.

Avrokuboklar öncəsi bu məqamı həyəcan siqnalı kimi qəbul edə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...