Premyer Liqada son 15 ilin “uşaqlar”ı - Bu adlar sizə tanış gəlirmi?

01:20 Premyerliqa 87
Premyer Liqada son 15 ilin “uşaqlar”ı - Bu adlar sizə tanış gəlirmi?

“Qarabağ”ın futbolçusu Amin Rzayev Premyer Liqada mövsümün ən gənc futbolçusu olub.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”la XXXIII turun ev matçının (2:0) sonlarında meydana çıxan müdafiəçi 15 yaş 204 günlüyündə debüt edib.

Rzayev bu göstəricidə son 12 mövsümün rekordçusudur.

O, son 15 mövsümdə 16 yaşı tamam olmadan debüt edən 6-cı futbolçu olub. 2010/11 mövsümündən başlayan dövrdə yalnız iki futbolçu meydana daha gənc ikən çıxıb.

Bu müddətdə mütləq rekord Budaq Nəsirova məxsusdur, Anar Həsənov 2-cidir.

Son 15 ilin 15 yaşlı debütantları:

1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/12)

2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/13)

3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)

4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/12)

5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/13)

6. Səbuhi Abdullazadə - 15 yaş 349 gün (“Sumqayıt”, 2017/18)

Digər Xəbərlər
Xəbər Lenti
5 May 02:50 Coşqun az vaxt aldı