
Bu gün Premyer Liqada 33-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib.
Ötən tur çempionluğu rəsmiləşdirən "Qarabağ" "Sumqayıt"la qarşılaşıb. Görüş meydan sahiblərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Ağdam klubunun turnir cədvəlində 80 xalı var. "Sumqayıt" isə 30 xalla 8-ci yerdədir.
"Neftçi" isə "Kəpəz"i qəbul edib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bakı klubu 37 xalla 6-cı, gəncəlilər isə 29 xalla 9-cu yerdə qərarlaşıb.
Turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.
18:00. “Qarabağ” – “Sumqayıt” 2:0
Qollar: Yassin Benzia, 59, Kadi Borqes, 82
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Azərsun Arena”.
“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 24. Aleksey İsayev 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 36. Xəyal Fərzullayev 7. Rövlan Muradov 17. Murad Xaçayev (k) 8. Səbuhi Abdullazadə 20. Ayxan Süleymanlı 21. Nihad Əhmədzadə 95. Miloş Miloviç 12. Giorgi Karaişvili 23. Ronaldo Vaskez 60. Tresor Mossi 9. Bobir Abdixolikov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 94. Rəşad Əzizli 6. Vüqar Mustafayev 24. Sənan Muradlı 64. Kənan Feyziev 19. Roi Kehat 11. Momo Yansane 99. Silvanus Nimeli 5. Alan Dias 77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov
20:00. “Neftçi” – “Kəpəz” 2:2
Qollar: Aleks Fernandes 24, Emin Mahmudov, 90+6 - pen // Luis Paçu 50, Camal Cəfərov 63
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Arena”.
"Neftçi": 93. Rza Cəfərov (k) 10. Filip Ozobiç 3. Höccət Haqverdi 19. Azər Salahlı 4. Elvin Camalov 91. Ağadadaş Salyanski 99. Ervin Koffi 44. Yuri Matias 9. Bassala Sambu 88. Andrey Ştoqrin 11. Aleks Fernandes
Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samigullin 8. Emin Mahmudov 17. Rəhman Hacıyev 7. Azər Əliyev 90. Ramil Şeydayev 78. Elcan Əbilov 47. Murad Məmmədov 14. Edvin Kuç 22. Dembo Darbo 77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
"Kəpəz": 1. Rojerio Santos 2. İlkin Qırtımov 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 19. Sadiq Şəfiyev 26. Valdemar Almeyda 78. Yeqor Xvalko (k) 11. Trent Buhagiar 3. Mahamadu Ba 10. Karim Lkoça 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 99. Əli Səmədov 70. Nicat Süleymanov 5. Rauf Hüseynli 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 9. Luis Paçu 28. Rati Ardazişvili
Baş məşqçi: Azər Bağırov
